AZ

Ərəblər Qəbələyə niyə gəlir?

“Qəbələ”nin 1-ci liqa ilə bağlı hazırlıq planları bəlli deyil.

AFFA-nın akademiya üçün ayırdığı 700 min manatdan sonra klub buna münasibət bildirməkdən boyun qaçırır. Həmin məbləğin yetərincə olmadığı aydındı. İş bu yerdə qalarkən klub yeni qazanc yerləri axtarır. Belə ki, “qırmızı-qaralar” Qətər və Birləşmiş Ərəb Əmirliklərinin klublarını qonaq edəcək. Onlar Qəbələyə təlim-məşq toplanışı üçün üz tutacaq. İnfrastrukturu müasir tələblərə cavab verən klub qonaqların yay düşərgəsi üçün əlverişli məkan olacaq. Bununla bağlı hazırlığın başladığı da bildirilir. Bəs əcnəbi qonaqlar Qəbələyə nə vaxt təşrif buyuracaq?

Klubun mətbuat xidmətinin rəhbəri Asəf Zeynallıya müraciət etdik:
“Bəli, Küveyt və Qətər klubları hazırlıq üçün Qəbələyə gələcək. İyulun 20-də “Küveyt City Academy”nin üzvlərini qonaq edəcəyik. Onlar Qəbələdəki "Qafqaz Resort" otelində məskunlaşacaq. Təlim-məşq toplanışını və yoxlama oyunlarını Qəbələ şəhər stadionunda keçirəcəklər. İyulun 31-i hazırlıq planı yekunlaşır. Avqustun 18-də isə “Aspire Football Academy”nin (Qətər) toplanışı başlayır. Onlar da eyno oteldə məskunlaşacaq. Eyni şəkildə təlim-məşq toplanışı və yoxlama oyunlarını Qəbələ şəhər stadionunda keçirəcəklər. Hazırlıq planı avqustun 30-u başa çatır”.

RÖYANƏ OĞUZ
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
football-plus.az

1Mənbələr