AZ

Müəllimləri bu qədər də incitmək olmaz...

Bu gün cəmiyyətdə müəllimə münasibət heç də  birmənalı deyil. Amma yenə böyük əksəriyyəti onlara hörmət edir və sevir!

Böyük Zəlimxan Yaqub yazır ki, " məktəb- Məkkə, müəllimsə, Peyğəmbərdir.Buna heç kimin şübhəsi ola bilməz! Ən azından ona görə ki, hamımızın müəllimi olub. İndi gələk əsas mətləb üstünə! Elm və Təhsil Nazirliyi  əvvəlcə  müəllimləri diaqnostik qiymətləndirmədən keçirdi. Buna başa düşdük. Sonra isə   müəllimlər sertifikatsiyadan keçməli oldular! Bunu da başa düsdük. İndi  üçünçü mərhələdən- yəni müsahibədən  keçməlidirlər! Ancaq bax bunu başa düşmədik!

Onsuz da hər iki imtahan  ərəfəsində onlar nə qədər psixoloji gərginlik, həyəcan və stress keçiriblər. Bəlkə  də həmin müəllimlər həkim  müayinəsindən keçirilsələr onlların nə qədər  xəstəlikləri aşkar olunar!

Bu qədər çək- çevirdən sonra yenidən müsahibədən  keçmək, vallah, ədalətsizlik və müəllimə yenidən gərginlik və stress yaşatmaqdır. Müəllimləri bu qədər də incitmək olmaz axı!  Görəsən, onların günahı nədir? Yəqin elə onların " günahı" müəllim olmaqlarıdır!!!

Emil Faiqoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
adalet.az

1Mənbələr