AZ

Skaloni Messinin zədələnməsi haqda: Bu, yaddaşımda qalan son görüntüdü

Argentina yığmasının kapitanı Lionel Messi zədələnib. Matc.az xəbər verir ki, 37 yaşlı futbolçu Amerika Kubokunda Çili ilə oyunda zədə alıb. Argentina millisinin baş məşqçisi Lionel Skaloni bu haqda açıqlama verib. O, Messinin zədələnməsi ilə bağlı fikirlərini bölüşüb: “Oyun bitəndən sonra Messi ilə əlaqə saxlamadım. O, final fitinə qədər mübarizə apara bildi. Hamı onu Lautaro Martines və Anxel Di Maria ilə bərabər qaçış edərkən gördü. Bu mənim yaddaşımda qalan son görüntüdü”. Qeyd edək ki, qarşılaşmada Argentina millisi 1:0 hesablı qələbə qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
matc.az

1Mənbələr