AZ

Rusiya: NATO baş katibinin dəyişməsi ilə Rusiyaya yanaşma dəyişməyəcək

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Hollandiyanın baş naziri Mark Ruttenin NATO-nun baş katibi təyin olunması ilə NATO-nun Rusiyaya münasibəti dəyişməyəcək.
Elchi.az xəbər verir ki, Peskov paytaxt Moskvada gündəmlə bağlı jurnalistlərin suallarını cavablandırıb.
Hollandiyanın baş naziri Mark Ruttenin NATO-nun baş katibi təyin edilməsini dəyərləndirən Peskov, “Bunun NATO və üzv ölkələrin ümumi yanaşmasını dəyişəcəyini düşünmürük. NATO ölkələri Rusiya Federasiyasının strateji məğlubiyyəti üçün çalışırlar. ABŞ rəhbərliyi hazırda NATO bizim üçün düşməndir” -deyib.
Peskov Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu və Rusiya Baş Qərargah rəisi Valeri Gerasimova qarşı həbs qərarının “absurd” olduğunu bildirib və əlavə edib: “Biz bu məhkəmənin qərarlarını tanımırıq”.
Peskov Rusiyada “casusluq”da ittiham olunan “Wall Street Journal”ın (WSJ) müxbiri Evan Gershkovic üçün ABŞ-la mübadilə imkanını da dəyərləndirib və bu istiqamətdə ABŞ-dan heç bir “siqnal” olmadığını bildirib.
Mətbuat katibi Peskov bildirib ki, Rusiya müdafiə naziri Andrey Belousov və ABŞ müdafiə naziri Lloyd Ostin arasında dünənki telefon danışığından sonra Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Co Bayden arasında telefonla görüş planlaşdırılmır.Nuranə Məmmədova 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
elchi.az

1Mənbələr