AZ

Rusiya və İran arasında ANLAŞMA - Təbii qaz və...

Rusiyanın “Qazprom” şirkəti ilə İranın Milli Qaz Şirkəti (NIGC) Rusiya təbii qazının İrana boru kəməri vasitəsilə nəqlinin təşkili üzrə strateji memorandum imzalayıblar.

 

Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, razılaşma “Qazprom”un rəhbəri Aleksey Millerin İrana səfəri zamanı əldə edilib.

 

Səfər zamanı İranın neft naziri Cavad Oudci arasında işgüzar görüş keçirilib. Tərəflər Memorandumun həyata keçirilməsi üçün prioritet addımları və enerji sektorunda digər əməkdaşlıq sahələrini müzakirə ediblər.

 

Məlumat üçün bildirək ki, İranın zəngin qaz yataqları var və bu ölkədə hər il təxminən 260 milyard kubmetr qaz hasil edilir. Hasil edilən qazın 18 milyard kubmetri ixrac olunur. Buna baxmayaraq, ölkə özünü qazla tam təmin edə bilmir. Ötən il gündəlik çatışmazlıq 250 milyon kubmetrə çatıb, bu il isə sutkada 300 milyon kubmetr qıtlıq yaranıb. Buna görə də İran Rusiya, Qətər və Türkmənistanla birlikdə öz ərazisində qaz qovşağı yaratmağa ümid edir.

 

Vasif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
1
sfera.az

2Mənbələr