AZ

Bu ölkədə VƏBA YAYILIR - Fövqəladə vəziyyət ELAN EDİLDİ

Nigeriya “Yüksək Riskli” ölkə olaraq təyin edilib və bu səbəbdən ölkədə vəba səbəbilə “milli sağlamlıq fövqəladə vəziyyəti” elan edilib.

 

Sfera.az xəbər verir ki, bu barədə Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) direktoru Jide İdris açıqlamasında bildirib.

 

İdrisin sözlərinə görə, NCDC epidemiyanın qarşısını almaq üçün işə başlayıb. Bölgələrdə səhiyyə müəssisələri yaradılıb və lazımi yerlərə tibbi ləvazimatlar daşınır.

 

NCDC-nin məlumatına görə, yanvar ayından bəri Nigeriyanın 31 əyalətində 1528 vəba hadisəsi aşkarlanıb və epidemiya səbəbilə 53 nəfər ölüb. Ötən il isə Nigeriyada 3 mindən çox vəba hadisəsi qeydə alınıb və 100-dən çox insan ölüb.

 

Qeyd edək ki, "Vibrio" bakteriyasının törətdiyi, qida və su ilə ötürülən vəba xəstəliyi ishala və beləliklə də orqanizmdə susuzluğa səbəb olur. Xəstəlik müalicə olunmazsa, ölümcül ola bilər.

 

Nigeriyada təmiz suyun olmaması ilə yanaşı, effektiv tibbi müdaxilənin olmaması xəstəlik və ölüm riskini artırır.

 

Ölkədə malyariya, poliomielit, tif və meymun virusu kimi xəstəliklərə də tez-tez rast gəlinir.

 

Firuzə Əliyeva

 

 

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
1
sfera.az

2Mənbələr