AZ

Gürcüstanda narkotik dövriyyəsinə qarşı xüsusi əməliyyat keçirilib

Bakı. Trend:

Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluğubirlikdə ölkənin müxtəlif şəhər və rayonlarında narkotiklərinqanunsuz dövriyyəsinə qarşı xüsusi əməliyyat keçiriblər. Nəticədə24 nəfər saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.

Bildirilir ki, paytaxt Tbilisi, Acarıstan, Sameqrelo-ZemoSvaneti, Kaxeti və İmereti bölgələrində narkotik cinayətlərinə görə24 nəfər saxlanılıb, onlardan 11 nəfəri narkotik alverçisidir.

Saxlanılanlar arasında Gürcüstan vətəndaşları ilə yanaşı, xariciölkə vətəndaşları da var. Saxlanılan şəxslərin yaşadıqları evlərinəvə avtomobillərinə baxış zamanı külli miqdarda pul, narkotikvasitələr və müxtəlif cihazlar maddi sübut kimi müsadirəedilib.

Həmçinin narkotik ittihamı ilə həbs edilən 3 nəfərin üzərindənsilah-sursat aşkar edilərək götürülüb.

Faktla bağlı külli miqdarda narkotik vasitələrin qanunsuz əldəedilməsi və saxlanması, həmçinin qanunsuz olaraq Gürcüstanərazisinə gətirilməsinə cəhd maddələri ilə istintaq başladılıb.

Saxlanılan şəxsləri 20 il və ya ömürlük azadlıqdan məhrumetməcəzası gözləyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
az.trend.az

1Mənbələr