AZ

Ermənistanın siyasi-hərbi rəhbərliyində olan şəxslərə revanşizm xülyalarından tamamilə əl çəkməyi tövsiyə edirik - Hikmət Hacıyev

Bakı. Trend:

Ermənistan Təhlükəsizlik Şurasının katibinin bu açıqlamasıəvvəlki və indiki Ermənistan siyasi-hərbi rəhbərliyininməğlubiyyətini ört-basdır etmək, günahı başqasının üzərinə yıxmaqvə özünə bəraət qazanmaq cəhdindən başqa bir şey deyildir.

Trend Azərtac-a istinadən xəbər verir ki, bunu AzərbaycanRespublikası Prezidentinin köməkçisi - PrezidentAdministrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiriHikmət Hacıyev “Ermənistan Təhlükəsizlik Şurasının katibi QarabağınRusiya tərəfindən Azərbaycana verildiyini iddia etmişdir. Burevanşizmin təzahürüdür, yoxsa bunu necə şərh edərdiniz” sualınacavab verərkən bildirib.

Hikmət Hacıyev deyib: “Azərbaycan Ordusu döyüş meydanında özsözünü deyərək, şəhid verərək Ermənistan ordusunu 44 günlük Vətənmüharibəsində məğlub etmiş, mütləq hərbi qələbə qazanmış,Ermənistanın 30 il davam edən hərbi işğalına son qoymuş vəErmənistanı kapitulyasiya aktını imzalamağa məcbur etmişdir.Ermənistan rəhbərliyi ordu sıralarında 10.000 nəfərdən artıqfərarinin olduğunu özü etiraf etmişdir. 2023-cü ilin senyabrındahəyata keçirilmiş anti-terror əməliyyatı nəticəsində 23 saatdan azbir müddətdə Azərbaycan ərazisində qeyri-qanuni qalmaqda davam edənErmənistan ordusunun qalıqları tərksilah edilmiş və Qarabağ tamazad edilmişdir. Ümumən Ermənistan ordusunun 5 milyard ABŞdollarından artıq dəyəri olan silah və sursatı məhv edilmiş və yaqənimət götürülmüşdür.

Həm 44 günlük Vətən müharibəsi, həm də anti-terror əməliyyatıbir çox dünya ölkələrinin hərbi akademiyalarında unikal hərbiəməliyyatlar olaraq öyrənilir.

Təəssüflə qeyd etmək istərdik ki, bu kimi açıqlamalarErmənistanın siyasi-hərbi rəhbərliyinin təfəkküründə hələ dərevanşizm xülyalarının qalmasının təzahürüdür. Ermənistanınsiyasi-hərbi rəhbərliyində olan şəxslərə tarixi səhvləri yenidəntəkrarlamamaq üçün revizionizm və revanşizm xülyalarından tamamiləəl çəkməyi, militarizasiya siyasətinə son qoymağı tövsiyəedirik”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
40
az.trend.az

10Mənbələr