AZ

Messinin zədəsi ciddidir?

Argentina millisinin hücumçusu Lionel Messinin Amerika Kubokunun qrup mərhələsinin Çili ilə oyununda aldığı zədə ilə bağlı ilkin detallar məlum olub.

Publika.az xəbər verir ki, 37 yaşlı superulduzun sağ budunun körpü əzələsində problem aşkarlanıb. Daha ətraflı məlumat üçün tibbi müayinə lazım olacaq. Çünki belə zədələrin sonradan ciddi problemlərə səbəb olduğu bildirilir. Bu barədə "TyC Sports" məlumat yayıb.

Futbolçu ciddi ziyan görmədiyinə ümid etsə də, bu, matçı oynamağa mane olub. Onun iyunun 30-da Peru ilə keçiriləcək 3-cü tur matçında iştirak etməmək ehtimalı böyükdür. Zədə ağır olmasa belə, Argentina millisinin məşqçilər korpusu ona istirahət verməyi planlaşdırır.

Qeyd edək ki, Messi turnirdə 2 oyun keçirib və sadəcə 1 məhsuldar ötürməyə imza atıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
publika.az

1Mənbələr