AZ

İspaniya millisi Paris-2024-ə “Real”dan heç kimi aparmır - HEYƏT

Futbol üzrə İspaniya millisinin Paris-2024 Yay Olimpiya Oyunları üçün heyəti açıqlanıb.

İdman.biz xəbər verir ki, baş məşqçi Santi Deniya 22 futbolçuya dəvət göndərib.

O, komandasında “Real”dan heç bir futbolçuya ehtiyac duymayıb.

Qapıçılar: Arnau Tenas (PSJ, Fransa), Xoan Qarsia (“Espanyol”), Alexandro İturbe (“Atletiko”);

Müdafiəçilər: Xuanlu Sançes (“Sevilya”), Mark Pubil (“Almeriya”), Erik Qarsiya, Pau Kubarsi (hər ikisi “Barselona”), Xoan Paçeko (“Real Sosyedad”), Moskera (“Valensiya”), Migel Qutierres (“Jirona”), Miranda (“Betis”);

Yarımmüdafiəçilər: Aymar Oros (“Osasuna”), Benyat Turrentes (“Real Sosyedad”), Alexandro Baena (“Vilyarreal”), “Bernabe (“Parma”), Pablo Barrios (“Atletiko”);

Hücumçular: Fermin Lopes (“Barselona”), Serxio Qomes (“Mançester Siti”), Abel Ruis (“Braqa”), Samu Omodion (“Atletiko”), Кameyo (“Rayo Valekano”), Dieqo Lopez (“Valensiya”).

Qeyd edək ki, Paris-2024 iyulun 26-da start götürəcək və avqustun 11-də yekunlaşacaq.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
1
idman.biz

2Mənbələr