AZ

Beynəlxalq Gənclər Forumu başa çatdı - Yenilənib - FOTO

17:05

Dünən Şuşada başlayan, bu gün isə öz işini Bakıda davam etdirən "By Youth For Youth" (Gənclər tərəfindən gənclər üçün) Beynəlxalq Forumu başa çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, forum çərçivəsində keçirilən panel müzakirələrində gənclərin idarəçilikdə əhəmiyyətindən və sülh quruculuğundakı rolundan danışılıb.

-----------
10:37

Bakıda "By Youth For Youth" (Gənclər tərəfindən gənclər üçün) Beynəlxalq Forumunun ikinci günü keçirilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, tədbirin açılış mərasimi ötən gün Şuşada keçirilib. Ardınca yüksək səviyyəli panel müzakirələri olub.

Bu gün isə forum öz işini Bakıda davam etdirir.

Forumda dövlət rəsmiləri, beynəlxalq təşkilatların və müxtəlif ölkələrin yüksək vəzifəli şəxsləri, qonaqlar və İCESCO-ya daxil olan ölkələrdən 200-ə yaxın şəxs iştirak edir.

Forum işini panel müzakirələrlə davam etdirir.

Keçirilən panel müzakirələrdə gənclərin idarəçilikdə əhəmiyyətindən və sülh quruculuğundakı rolundan danışılır.

Azərbaycanın ICESCO üzrə elçisi Şərqiyyə Həsənova bildirib ki, "By Youth For Youth" tədbirinin ilk dəfə Azərbaycanda keçirilməsi qürurvericidir.

Bu tədbirin ötən gün Şuşada öz işinə başladığını xatırladan Ş.Həsənova əlavə edib: "Beynəlxalq tədbir ötən gün gözəl bölgəmiz olan Şuşa şəhərində öz işinə başladı və biz gənclər də çıxışlarımızla Azərbaycanı layiqincə təmsil etməyə çalışdıq. Məqsəd gənclərin iş yükünü azaltmaq və həyat şəraitini yaxşılaşdırmaqdır".

Onun sözlərinə görə, tədbirdə gənclərin fikirlərinə böyük önəm veriləcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Fondu və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) birgə təşkilatçılığı ilə "By Youth For Youth" (Gənclər tərəfindən gənclər üçün) adlı Beynəlxalq Forum keçirilib.

Forumun məqsədi İslam Dünyası gənclərinin sülh yaratma, davamlı inkişaf, mədəniyyət, ətraf mühitlə bağlı baxış və təcrübələrini müzakirə etmək, bu sahədə onların iştirakına, innovativ həllərin müzakirəsinə və gənc liderlərin şəbəkələşməsinə imkan yaratmaqdır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
1
milli.az

10Mənbələr