AZ

''Beşiktaş'' ''Benfika''nın liderini İstanbula gətirdi

Bu transfer dönəminə fəal başlayan ''Beşiktaş'' Qabriel Paulistanın ardından 2-ci keçidini rəsmiləşdirib.

''Benfika'' ilə müqaviləsi başa çatan portuqaliyalı ulduz Rafa Silva dünən İstanbula ayaq basıb. 31 yaşlı futbolçu çoxsaylı təkliflər almasına rəğmən İstanbul nəhəngini seçib.

Transferin şərtlərinə gəlincə, Portuqaliya mətbuatının iddiasına görə Silva ''ağ-qaralar''la üçillik müqavilə imzalayacaq. Onun illik maaşı 6 milyon avro təşkil edəcək. Bundan başqa təcrübəli futbolçuya 10 milyon avro imza parası ödəniləcək! Belə güman edilir ki, Rafa Silva ilə şəxsən danışıqlar aparan və onu Türkiyəyə gəlməyə razı salan ''Beşiktaş''ın yönəticisi Hüseyin Yücəl bu məbləğin ən azı yarısını öz cibindən ödəyəcək.

Rafa Silva ötən mövsüm ''Benfika''nın heyətində 52 rəsmi oyunda 22 qol, 15 məhsuldar ötürməlik diqqətçəkən performans sərgiləyib. Daha öncə ''Feyrense'' və ''Braqa''da top qovan Silva 2016-dan bu yana şərəfini qoruduğu Lissabon nəhəngində ümumilikdə 326 rəsmi oyunda 94 qol, 79 məhsuldar ötürmə ilə fərqlənib.

ƏLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
football-plus.az

1Mənbələr