Ukraynanın STRANA.ua nəşri xəbər verir ki, Amerika səfirliyinin attaşesinin meyiti Kiyevdə Hilton otelində tapılıb.
Mənbələrə istinadən nəşrin qeyd etdiyi kimi, zorakılıq izlərinə rast gəlinməyib. Həmin şəxs iyunun 15-də gəlib.
“Adam Ukraynaya iyunun 15-də gəlib. ABŞ səfirliyinin verdiyi tibbi göstəricilərə görə, kişi yüksək xolesterindən əziyyət çəkirdi”, – mənbə bildirib.
Yanvarda ABŞ Dövlət Departamenti amerikalı Qonzalo Liranın Ukraynadakı həbsxanada öldüyünü təsdiqləyib.
DOĞRU.AZ