AZ

Hər il dünyada 2.6 milyon insan alkoqol istifadəsi nəticəsində ölür - ÜST

Hər il dünyada 2.6 milyon insan alkoqol istifadə etdiyinə görə, ölür ki, bu da bütün ölümlərin 4,7% -ni təşkil edir. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dərc etdiyi yeni hesabatda qeyd olunub. 

Hesabatda spirtə bağlı ölümlərin 474 mini ürək-damar xəstəliklərindən, 401 mini xərçəngdən, 1,6 milyon nəfəri isə spirtli içkilərdən qaynaqlandığı qeyd olunub. 

Təxminən 724 min ölüm yol qəzaları, özünə zərər vermə və şəxsiyyətlərarası zorakılıq kimi xəsarətlər, 284 min ölüm isə yoluxucu xəstəliklər səbəbindən baş verib.

ÜST-ün baş direktoru Dr. Tedros Adhanom Ghebreyesus açıqlamasında deyib ki,  maddə istifadəsi fərdi sağlamlığa ciddi ziyan vurur, xroniki xəstəliklər və psixoloji pozğunluqlar riskini artırır və hər il qarşısı alına bilən milyonlarla ölümlə faciəvi şəkildə nəticələnir.

"Biz fəsadları azaldacaq və maddə istifadəsi pozğunluqlarının müalicəsini əlçatan və əlverişli hala gətirəcək lazımi  addımlar atmalıyıq", - o qeyd edib.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
referans.az

1Mənbələr