AZ

Züqanov Əmək Qəhrəmanı oldu

Rusiya prezidenti Vladimir Putin Gennadi Züqanova 80 illik yubileyi münasibətilə mükafat təyin edib.

Musavat.com xəbər verir ki, Rusiya kommunnistlərinin lideri Əmək Qəhrəmanı adına layiq görülüb.

Rəsmi sənəddə göstərildiyi kimi, bu ad ona Rusiya dövlətçiliyinin inkişafında, vətəndaş cəmiyyətinin formalaşmasında böyük xidmətlərinə və uzun illər səmərəli fəaliyyətinə görə verilib.

Siyasətçi aylıq 61 566,28 (703 dollar) rubl məbləğində maaş alacaq.

Züqanov 4 dəfə Rusiya Federasiyasının prezidentliyinə namizəd olub (hər dəfə də uduzub). Bu gün o, ölkəsində "əsas rus kommunisti" hesab olunur.

SSRİ-də Əmək Qəhrəmanı mükafatı isə 1927-ci ildə təsis edilib.

Musavat.com

Seçilən
460
musavat.com

1Mənbələr