AZ

Ronaldo Gürcüstana qarşı oynamayacaq?

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo Avro-2024-ün qrup mərhələsinin 3-cü turunun Gürcüstanla oyununda start heyətində yer alacaq.

Publika.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Roberto Martinez bildirib. O, pley-offa erkən vəsiqə qazanmalarına baxmayaraq, 39 yaşlı forvardı meydana buraxmaq qərarına gəldiyini bildirib.

“Ronaldo çox stabil bir mövsüm keçirdi. Hər matçda oynadı. Özünü yaxşı formada saxlamaq istəyirsə, fasilə verib 6 gündən sonra meydançaya qayıtması yaxşı deyil. Kapitan Kriştiano və qapıçı Dioqo Kosta start heyətində yer alacaqlar”.

Qeyd edək ki, sözügedən komandalar arasında görüş bu gün Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
publika.az

1Mənbələr