AZ

Rusiya Qazaxıstanın şimal ərazilərini ələ keçirməkdən imtina etməyəcək

Rusiya Qazaxıstanın şimal ərazilərini ələ keçirməkdən imtina etməyəcək. Bunu Böyük Britaniyanın xarici işlər naziri Kemeron eks prezident Pyotr Poroşenkonun adından ona zəng edən prankster Vovan və Lexusla söhbətində deyib.

Kemeron iddia edib ki, Rusiya Qazaxıstanın şimalına nəzarəti ələ keçirmək istəyir və Ukrayna ilə müharibə başa çatan kimi bu niyyətini həyata keçirməyə başlayacaq.

“Mən bu yaxınlarda bütün ölkələrdə (Mərkəzi Asiya ölkələrində) və Qazaxıstanda oldum. Mən əminəm ki, Putin Qazaxıstanın şimalının bir hissəsini istəyir",- deyə Kemeron bəyan edib.

Yalnız sonra məlum olub ki, Poroşenkonun adından Kemerona zənc edənlər sadəcə Kemeronu ələ salıblar.

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
oxumeni.az

1Mənbələr