AZ

Ronald Kuman: “Yaxşı nəticəyə layiq deyildik”

Niderland yığmasının baş məşqçisi Ronald Kuman AÇ-2024-ün qrup mərhələsinin 3-cü turunda Avstriya yığması ilə oyunu (2:3) şərh edib.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, niderlandlı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Bir çox baxışlarda çox zəif başladıq, rəqibin çoxlu imkanları oldu. Biz aqressiv deyildik və rəqiblərimizə kifayət qədər təzyiq göstərmədik.

Meydanda məsuliyyəti öz üzərimizə götürməliyik. Bundan yaxşı nəticəyə layiq deyildik. Çox pis oyun oldu. Oyunun əvvəlində vəziyyətə nəzarət əlimizdə deyildi, sonra isə azacıq daha yaxşı oynadıq və bir neçə imkanımız oldu, amma səhvlərimizə görə bizi cəzalandırdılar”, deyə Ronald Kuman vurğulayıb.

Qrup mərhələsinin sonuncu, 3-cü turundan sonra “D” qrupunun yarış cədvəlində belə mənzərə yaranıb:

  1. Avstriya – 6 xal
  2. Fransa – 5 xal
  3. Niderland – 4 xal
  4. Polşa – 1 xal

Avstriya və Fransa yığmaları yarışın 1/8 final mərhələsinə birbaşa vəsiqə qazanıblar və hazırda rəqiblərinin intizarındadırlar. Niderland yığması böyük ehtimalla ələmə mərhələsinə yüksələcək 3-cü yeri tutmuş 4 ən yaxşı komanda arasında yer alacaq. Polşa yığması isə hələ 2-ci turdan sonra Avropa çempionatında mübarizə imkanlarına xitam vermişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
arena.az

1Mənbələr