AZ

Kəlbəcərdə ailə üzvləri qəzaya düşdü: Ölənlər və xəsarətalanlar var — VİDEO

Kəlbəcərin İstibulaq kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.



“Mercedes” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 69 yaşlı Məqsəd Lazımov və həyat yoldaşı 66 yaşlı Qənirə Hüseynova aldıqları xəsarətlərdən həyatını itirib.



Qəza zamanı həmçinin onların kürəkənləri – 44 yaşlı Elşad Rəsulov, 45 yaşlı Vüsal Yusifov, qızları – 40 yaşlı Ruhanə Rəsulova, 42 yaşlı Xəyalə Yusifova, sürücü 36 yaşlı Elnur Qocayev xəsarət alıblar. Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyəti ağır və orta ağır qiymətləndirilir.



Qeyd edək ki, ilkin məlumata görə, ölən və xəsarət alanlar Kəlbəcərdə kənd təsərrüfatı ilə məşğul olanlardır.



Allah rəhmət eləsin.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
ictimaimedia.az

1Mənbələr