AZ

Putin yeni hücum planı qurur - "Güzəşt olmasa..."

Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı sülh təklifi ciddi deyil.

Teleqraf.com xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.

"Çox güman ki, hansısa formada ərazi güzəştləri Putinin başladığı müharibənin danışıqlar yolu ilə başa çatmasının bir hissəsi olacaq. Amma bu, Ukraynanın qərarı olmalıdır. Danışıqlar başlamazdan əvvəl Putinin belə güzəştlər tələb etməsi absurddur. Üstəlik, danışıqlar nə vaxtsa başlayarsa, Putinin təkliflərinə həddindən artıq skeptisizmlə baxmaq lazımdır. Hər 10 ukraynalıdan 9-u ona etibar etmədiyini deyirlər. Müharibələr heç də həmişə ədalətli bitmir. Putin danışıqlardan istifadə etməklə yenidən hücum planı qurur", - nəşr bildirib.


Müəllif: Əsəd Məmmədəliyev
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
1
teleqraf.com

2Mənbələr