AZ

Ona inanmaq olarmı?

Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarıvə münasibətlərin normallaşmasına yönəlmiş təmaslar regiondan çoxkənardakı ölkələrlə gücləri narahat edir.

Ermənistan Azərbaycandan sülh sazişi layihəsi ilə bağlı yenitəkliflər paketi alıb.

Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi ArmenQriqoryan jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu artıq sülh sazişi layihəsi ilə bağlıtərəflər arasında mübadilə olunan 10-cu paketdir.

Ermənistanın baş naziri Nikol Paşinyanın son bəyanratlarıölkədəki hakimiyyətin revanşist və xüsusilə də radikal müxalifqüvvələrin etiraz aksiyalarının öhdəsindən gəldiyinin görüntüsüyaratmaq məqsədi güdür.

Daxili siyasətdəki turbulentliyi aradan qaldırmağa və xaricisiyasətdə rəvan münasibətlərə can atdığını vurğulayan N.Paşinyanbəyanatları ilə adekvat geosiyasi mövqe tutan ölkə lideri olduğunuözünə, sonra da ermənilərə nümayiş etdirmək fikrindədir.

Ermənistan gerçəkdən də, şərti dövlət sərhədinin demarkasiyasıvə delimitasiyası prosesini başa vurmaq, yekun sülh müqaviləsiimzalamaq, kommunikasiyaları bərpa etmək fikrindədir?

Əfsuslar olsun ki, bəyanatlarla real siyasət, qərarlar vəaddımlar arasında ciddi fərq var.

Ermənistan gerçəkdən də Cənubi Qafqazda sülhün və stabilliyinbərqərar olmasını istəyirsə, rəsmi Bakı ilə münasibətlərinnormallaşmasına can atırsa, ilkin addım qismində Konstitusiyasınazəruri dəyişikliklər etməlidir.

Azərbaycana qarşı ərazi iddialarının yer alaraqqanuniləşdirildiyi müddəanın olduğu sənəd indiki vəziyyətdəqaldıqca Ermənistanda revanşist və ultrairqçi, etnik və dinizəmində düşmənçiliyi təbliğ edən qüvvələrin ifrat dərəcədəaktivləşməsi istənilən zaman mümkündür.

Nikol Paşinyan "real Ermənistan"la mifik "tarixi Ermənistan"arasında fərqlərdən, ermənilərin mövcud vəziyyəti anlamalarınınvacibliyindən çox danışsa da, Konstitusiyaya zəruri və həttaqaçılmaz dəyişikliklər olmadan sözügedən ritorika adi demaqogiyadansavayı heç nə deyil.

"Xalqın siyasi və hakimiyyət elitalarına, yəni bizə göndərişibudur: bizim yaşamağımız, sadəcə yaşamağımız üçün şərait yaratmağahazırsınızmı? Ermənistan xalqı Qolqofaya getmək yox, yaşamaq,övladlarını dünyaya gətirmək və onlar üçün rifahlı həyat təminetmək istəyir. Bunun üçün ən mühüm vasitənin - dövlətin olduğununəzərə alsaq, real istəkdir", - Nikol Paşinyan deyib.

Belə təəssürat yarana bilər ki, N.Paşinyan Ermənistancəmiyyətinin və ümumiyyətlə, ermənilərin paradiqmasını dəyişməkfikrindədir.

Halbuki sadəcə, söz yığınıdır.

Sülhdən, əmin-amanlıqdan, münasibətlərin normallaşmasındandanışan Nikol Paşinyan bütün bunlarla eyni vaxtda Cənubi Qafqazdavəziyyəti maksimal dərəcədə gərginləşdirməyə, AzərbaycanlaErmənistan arasında yeni hərbi əməliyyatlara can atan Fransa iləəlaqələri sürətlə genişləndirərək aktivləşdirir.

Fransa Ermənistana 155 mm çaplı 36 "Ceasar" özüyeriyənartilleritya qurğuları, 50 "VAB MKZ" zirehli transportyoru,"Bastion" və "Sherpa" zirehli maşınları, "Mistral" zenit-raketqurğuları, "GM200 Thales" radiolokasiya kompleksləri verəcək.

30 "Bastion" artıq Ermənistandadır.

Eyni zamanda, Ermənistan Hindistandan "ATAGS" haubitsaları,"Akash" reaktiv yaylım atəşi sistemləri, "Tapas-BH-201" zərbəPUA-ları və antidron sistemləri alır.

Rəsmi İrəvan ona "hamilik və havadarlıq" edən ölkələr vasitəsiləCənubi Qafqaz bölgəsində qüvvələr nisbətinin dəyişdirilməsinəsürətlə alətə çevrilməkdədir.

Nikol Paşinyan bunu təkzib edir, Fransa və Hindistandansilah-sursatla hərbi texnikanı yalnız "Ermənistanın müdafiəpotensialını artırmaq üçün" alındığını vurğulayır. Onun israrlıbəyanatları və "real Ermənistan"la bağlı dedikləri ilə əməlləriziddiyyət təşkil edir.

Səbəb sadədir.

Ermənistan Konstitusiyasına zəruri dəyişikliklər edilmədikcə,Azərbaycana qarşı ərazi iddialarının legitimləşdiyi müddəa tarixəqovuşdurulmazsa, rəsmi İrəvanın sülhlə bağlı açıqlamaları vəələlxüsus da "real Ermənistan" mizantropiyası çox ucuz şou təsiribağışlayır.

Daha dəqiq olsaq, rəsmi İrəvan sürətlə silahlanaraq, sülhdəndanışmağa davam etdikcə, vaxt udmağa çalışan tərəf təsiriyaradır.

Nikol Paşinyan, həqiqətən də, sülh gündəliyinə sadiqdirsə,delimitasiya və demarkasiya prosesini bitirmək, sülh sazişiniimzalamaq fikrindədirsə, onda yaxın vaxtlarda Ermənistandakonstitusion islahatlarla bağlı müzakirələrin başlandığınıgörməliyik.

Belə müzakirələr olmazsa və eyni zamanda, Ermənistanınsilah-sursatla hərbi texnikanın alınmasına yönəlmiş fəaliyyətiaktiv davam edərsə, onda bəlli olacaq ki, qarşı tərəf əraziiddialarından əsla əl çəkməyərək, yeni hərbi əməliyyatahazırlaşır.

Sadəcə, Ermənistan belə əməliyyat üçün əlverişli məqamgözləyir.

Ermənistanın hami və havadar axtarışlarında Fransanın əlahiddəümid yeri olduğu bəllidir.

İrəvanın revanşist və militar siyasətinin, sürətlə silahlanmanıehtiva edən taktikasının da gerçək ssenari müəllifinin Fransaolduğu şübhə doğurmur.

Nikol Paşinyanıen təhlükəli illüziyalara qapılmasının,Azərbaycana qarşı yeni eskalasiyanı reallaşdıracağı təqdirdəFransanın Ermənisatın mütləq şəkildə dəstəkləyəcəyini düşünməsinində səbəbkarı rəsmi Parisdir.

Fransa, habelə ABŞ və Avropa İttifaqı hazırda Ermənistanvasitəsilə Cənubi Qafqazda vəziyyəti gərginləşdirərək idarə etməyəçalışır.

Paşinyanın da Ermənistan Konstitusiyasına dəyişikliklər etməyətələsməməsinin əsas səbəbi budur.

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi Qərbinmaraqlarına cavab vermir.

Ermənistan regiondakı yerini hələ də anlamır…

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
4
az.trend.az

5Mənbələr