AZ

"Avropa Komissiyasının rəhbəri ikinci müddətə seçiləcək, Orban qəzəblənib" - "Politico" 

 
"Brüsseldə Avropa xalqının iradəsi görməzdən gəlinib, bu adamlar miqrasiyanı dəstəkləyəcək, Rusiya ilə Ukrayna arasında müharibəyə daha çox pul və silah göndərəcək..."
 
Avropa İttifaqının iyun seçkilərindən sonra əsas mərkəzçi partiyaların təmsilçiləri qismində çıxış edən altı lideri Avropa İttifaqında ali vəzifələr barədə ilkin razılaşma əldə edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri Avropa İttifaqın rəhbərliyindəki mənbələrə istinadən məlumat verib.
 
Onlar Ursula fon der Lyayyenin namizədliyini Avropa Komissiyasının növbəti müddətə rəhbəri vəzifəsinə irəli sürüb.
 
Avropa Şurasının sədri vəzifəsinə Portuqaliya hökumətinin sabiq rəhbəri Antoniu Koşta irəli sürülüb. O, Şarl Mişeli əvəzləyəcək.
 
Avropa diplomatiyasının rəhbəri Jozep Borreli Ukraynanın qızğın müdafiəçisi Estoniyanın baş naziri Kaya Kallas əvəz edəcək.
 
Avropa İttifaqının rəhbər vəzifələrinə irəli sürülən namizədlərdən  Macarıstan baş naziri Viktor Orban son dərəcə narazıdır.
 
"Bu gün Brüsseldə Avropa xalqının iradəsi görməzdən gəlinib. Gerçəklik onların vecinə deyil. Biz sadəlövh olmamalıyıq, onlar miqrasiyanı dəstəkləyəcək və Rusiya ilə Ukrayna arasında müharibəyə daha çox pul və silah göndərəcək", - o, bəyan edib.
 
Orbanın fikrincə, son beş il "Avropa İttidaqının tarixində ən pis illər olub".
 
İyunun 27-28-də Avropa İttifaqı ölkələrinin liderləri Brüsseldə görüşərək rəsmən qərarlar elan edəcək.
 
Avropa Parlamentinin namizədlərin Avropa İttifaqında ən yüksək vəzifələrə təyin edilməsi ilə bağlı səsvermənin keçiriləcəyi iclası iyul ayında baş tutacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
moderator.az

1Mənbələr