Olaylar xəbər verir ki, bu barədə İran Təhsil İşçilərinin Həmkarlar İttifaqı Təşkilatlarının Əlaqələndirmə Şurasının məlumatında deyilir.
Bəyanatda müəllimlər 14-cü prezident seçkilərində iştirak etməyəcəklərini bildiriblər.
Seçkilərin millətin iradəsini əks etdirmədiyini, bunun ölkədəki vəziyyətin dəyişməsinə heç bir təsir göstərməyəcəyini deyən müəllimlər vətəndaşları seçkiləri boykot etməyə çağırıblar.
Qeyd edək ki, 3 gün əvvəl də 520 müəllim açıq məktub yazaraq, seçkiləri boykot etdiklərini bildiriblər. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31