AZ

Kralın bacısı xəstəlikdən əziyyət çəkir

İngiltərə kralı III Çarlz xərçəngə tutulduqdan sonra şahzadə Keyt Middltonun da xərçəng olduğu açıqlanıb. Daha bir pis xəbər Kral Çarlzın bacısı Şahzadə Annadan gəldi.

News24.az xəbər verir ki, 73 yaşlı şahzadə Anna bu yaxınlarda Qlosterşir əyalətindəki Gatcombe Park malikanəsində qəza keçirib. Qəzadan sonra şahzadə Enn beyin sarsıntısı və yüngül xəsarətlərlə Bristoldakı Southmead xəstəxanasına aparılıb.

Şahzadə Annanın vəziyyətinin yaxşı olduğu və xəstəxanada müşahidə üçün saxlanıldığı bildirilib. Şahzadənin qəzasının təfərrüatları gizli saxlanılsa da, onun atdan yıxıldığı və ya atla qəzaya düşdüyü iddia edilir.

Şahzadə Annanın qəza nəticəsində beyin sarsıntısı keçirdiyi və yüngül xəsarətlər üzündən yaddaş itkisi keçirdiyi bildirilir.  73 yaşlı Şahzadənin yaddaş itkisinin “müvəqqəti” olduğu düşünülür.

Günel Məlikzadə


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
news24.az

1Mənbələr