AZ

Şimali Koreya qoşunlarını Ukraynaya göndərir – ABŞ-dən REAKSİYA

“Şimali Koreya qoşunlarının Ukraynaya göndərilməsi yolverilməzdir”.

NOCOMMENT.az xəbər verir ki, Pentaqonun mətbuat katibi Patrik Rayder belə deyib. Bildirib ki, Şimali Koreya hərbi və iqtisadi yardım müqabilində Rusiyaya Ukraynadakı müharibə üçün lazım olan adi silahları verir.

Rayder qeyd edib ki, rəsmi Pxenyanın bu cür addımları doğru deyil:

“Demək istəyirəm ki, Şimali Koreya və Rusiya münasibətləri diqqət yetirməli məqamdır. Düşünürəm ki, əgər mən Şimali Koreyanın şəxsi heyətinin rəhbərliyi olsaydım, Ukraynaya qarşı qeyri-qanuni müharibəyə öz qüvvələrimi yem kimi göndərməzdim. Ümumiyyətlə, Şimali Koreyanın Ukrayna müharibəsində Rusiyaya açıq-aşkar dəstəyi gələcəkdə daha böyük problemlərə səbəb ola bilər”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
nocomment.az

1Mənbələr