AZ

"Aqressiv görünmür, rəqibi təzyiq altında saxlamağı bacarmırdıq" - Ronald Kuman

Niderland millisinin baş məşqçisi Ronald Kuman Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsinin III turunda Avstriya seçməsindən aldıqları məğlubiyyəti (2:3) şərh edib.

Fanat.Az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, 61 yaşlı mütəxəssis belə danışıb:

"Matça yaxşı başlamadıq. Aqressiv görünmür, rəqibi təzyiq altında saxlamağı bacarmırdıq. Oyuna nəzarət edən tərəf biz deyildik. Sonradan bir qədər yaxşı oynadıq və qol epizodları yaratdıq, amma bizi cəzalandırdılar. Meydanda məsuliyyəti üzərimizə götürməliyik”.

Qeyd edək ki, 4 xal toplayan Niderland ən yaxşı qrup üçüncüsü kimi 1/8 finala yüksəlib.

Nihat

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
fanat.az

1Mənbələr