AZ

Zakir Həsənov italiyalı həmkarı ilə görüşüb (VİDEO)

Bakı. Trend:

İyunun 26-da Azərbaycan Respublikasının müdafiə nazirigeneral-polkovnik Zakir Həsənov ilə ölkəmizdə rəsmi səfərdə olanİtaliya Respublikasının müdafiə naziri cənab Quido Krosettonunrəhbərlik etdiyi nümayəndə heyəti arasında geniş tərkibdə görüşkeçirilib.

Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumatyayıb.

Müdafiə Nazirliyində təşkil edilən rəsmi qarşılanma mərasimindəmüdafiə nazirləri fəxri qarovulun önündən keçiblər. Nümunəvi hərbiorkestrin müşayiəti ilə hər iki ölkənin dövlət himnlərisəsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı”imzalanıb.

General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onlarıölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycan və İtaliyaarasında münasibətlərin strateji tərəfdaşlığa söykəndiyini xüsusivurğulayıb. Ölkəmizin əlamətdar günü - Silahlı Qüvvələr Günü vəAzərbaycan Ordusunun yaradılmasının 106-cı ildönümündə yanımızdaolduğuna görə italiyalı həmkarına təşəkkürünü bildirib.

Müdafiə naziri cənab Q.Krosettonu sentyabr ayında Bakıdakeçiriləcək "ADEX" 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinədəvət edib.

Ölkəmizə hər səfərindən məmnun qaldığını və səmimi münasibətgördüyünü qeyd edən İtaliya Respublikasının müdafiə nazirigöstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Ölkələrimizarasında hərbi əməkdaşlığın inkişafında qarşılıqlı səfərlərinvacibliyini vurğulayıb.

Görüşdə Azərbaycan və İtaliya arasında hərbi əməkdaşlığın carivəziyyətindən məmnunluq ifadə edilib, həmçinin hərbi,hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişafperspektivləri, habelə qarşılıqlı maraq doğuran bir sıra məsələlərədair ətraflı fikir mübadiləsi aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
49
az.trend.az

10Mənbələr