AZ

Didye Deşam Polşa ilə oyun haqda: “Mən məyus deyiləm”

Fransa millisinin baş məşqçisi Didye Deşam AÇ-2024-ün qrup mərhələsinin 3-cü turunda Polşa yığması ilə oyunu (1:1) şərh edib.

Arena.az “RMC Sport” dərgisinə istinadən, fransız mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Mən məyus deyiləm. Məqsəd, qrupda birinci yeri tutmaq idi, amma buna nail olmaq üçün qalib gəlmək gərək idi. Madam ki, biz qalib gəlməmişik, bu, o deməkdir ki, bunu qəbul etməliyik. Biz düzgün fəaliyyət göstərirdik, imkanlarımız oldu. Görülmüş işlərə qiymət verməliyik.

İstədiyimiz yerdə olmasaq da, birinci məqsədimizə nail olduq. Buna görə peşmanlıq varmı? Fransa yığması Polşa yığmasının qapıçısının yaxşı qurtarışlarına rəğmən, səmərəlilik nöqteyi-nəzərindən daha çoxuna nail ola bilərdi”, deyə Didye Deşam bildirib.

Qrup mərhələsinin sonuncu, 3-cü turundan sonra “D” qrupunun yarış cədvəlində belə mənzərə yaranıb:

  1. Avstriya – 6 xal
  2. Fransa – 5 xal
  3. Niderland – 4 xal
  4. Polşa – 1 xal

Avstriya və Fransa yığmaları yarışın 1/8 final mərhələsinə birbaşa vəsiqə qazanıblar və hazırda rəqiblərinin intizarındadırlar. Niderland yığması böyük ehtimalla ələmə mərhələsinə yüksələcək 3-cü yeri tutmuş 4 ən yaxşı komanda arasında yer alacaq. Polşa yığması isə hələ 2-ci turdan sonra Avropa çempionatında mübarizə imkanlarına xitam vermişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
arena.az

1Mənbələr