AZ

"James Webb" teleskopu Yupiterdə mürəkkəb strukturlar aşkar edib

"James Webb" teleskopu Yupiterdə mürəkkəb strukturlar aşkar edib

"James Webb" Kosmik Teleskopu Yupiterdə "Böyük Qırmızı Ləkə" olaraq adlandırılan davamlı antisiklonik tufanın yaşandığı bölgədəki atmosferin üst qatında müxtəlif mürəkkəb strukturlar aşkarlayıb.Avropa Kosmik Agentliyinin (ESA) verdiyi açıqlamaya görə, elm adamları "Uebb" teleskopu ilə Böyük Qırmızı Ləkənin üzərindəki atmosferi tədqiq ediblər.Mütəxəssislər aydınlaşdırıblar ki, diqqətəlayiq olmadığı düşünülən bölgə qaranlıq qövslər və parlaq ləkələr kimi müxtəlif mürəkkəb strukturlara ev sahibliyi edir.Mütəxəssislər bölgədən yayılan işığın normal olaraq günəş işığından qaynaqlandığını və Yupiterin atmosferinin yuxarı hissəsinin forma və quruluşunu dəyişdirən başqa bir mexanizmin ola biləcəyini bildirirlər. Fırtınanın atmosferin yuxarı hissəsinə çatana qədər yuxarıya doğru hərəkət edən cazibə dalğaları yaratdığını, zirvəyə çatdıqda isə qırıldığı qeyd edilir.Dalğaların qırılması nəticəsində ortaya çıxan enerjinin atmosferin üst təbəqəsinin quruluşunu da formalaşdırdığına diqqət çəkən mütəxəssislər, tapıntıların ESA tərəfindən hazırlanan və həyatın suallarını cavablandırmaq üçün Yupiterdə başlatdığı "Jupiter Icy Satellite Explorer" (JUICE) missiyasına kömək edəcəyini qeyd ediblər. İngiltərədəki Leicester Universitetindən komanda lideri Henrik Melin araşdırılan bölgəni "darıxdırıcı" olaraq xarakterizə etdiklərini, lakin düşündüklərinin əksinə olaraq Yupiterin onları təəccübləndirdiyini söyləyib.Yupiterdə davamlı yüksək təzyiq bölgəsi olan Böyük Qırmızı Ləkə ətrafdakı fırtınaların dinamik üfüqi hərəkətinə qarşı öz siklon formasını saxlamağı bacarır. İlk dəfə 1664-cü ildə İngilis astronomu Robert Huk tərəfindən kəşf edilən Sehrli Qırmızı Ləkə Yerdən 4 dəfə böyük ərazini əhatə edir.NASA-nın "Hubble" Kosmik Teleskopunu əvəz etmək üçün 2021-ci ildə buraxılan "Webb" Yerdən 1,6 milyon kilometr uzaqlıqda kainat haqqında bilinməyənləri araşdıran kosmosdakı ən böyük rəsədxanadır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
afn.az

1Mənbələr