AZ

Ərdoğanla NATO-nun baş katibi arasında telefon danışığı olub

Bakı,TurkicWorld

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO-nun baş katibi seçilən Mark Rutte arasında telefon danışığı olub.

TurkicWorld xəbər verir ki, Ərdoğan Rutteyə vəzifəsində uğurlar arzulayıb.

“Yarım saat əvvəl Rutteni təbrik etdim, ona uğurlar arzuladım. O, Vaşinqtonu gözləmədən Türkiyəyə də səfər edə biləcəyini söyləyib”,- deyə Ərdoğan bildirib.

Qeyd edək ki, NATO-nun verdiyi yazılı açıqlamaya görə, Ruttenin yeni baş katib vəzifəsinə təyin edilməsinə qərar verilib. Hollandiyanın baş naziri Rutte oktyabrın 1-də Yens Stoltenberqin yerinə vəzifəyə keçəcək. Rutte, Hollandiyada koalisiya hökumətinin dağılmasından sonra 7 iyul 2023-cü ildə istefa verdi. Stoltenberqin səlahiyyət müddətinin uzadılmayacağı bəlli olduqdan sonra Rutte NATO baş katibi vəzifəsinə namizədliyini açıqlayıb. Qısa müddətdə bir çox ölkənin dəstəyini qazanan Rutte, son olaraq iyunun 18-də Macarıstanın təsdiqini aldı. İyunun 20-də digər namizəd, Rumıniya prezidenti Klaus İohannis geri çəkildiyini elan etdikdən sonra Rutte yeganə namizəd olaraq qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
turkic.world

1Mənbələr