AZ

Türkiyə və İspaniya beynəlxalq narkotik şəbəkəsinə qarşı birgə əməliyyat keçirib

Bakı. TurkicWorld:

Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya İspaniyada həyata keçirilən “ARGAY” əməliyyat beynəlxalq narkotik kartelinin məhv edildiyini bildirib.

TurkicWorld xəbər verir ki, bu barədə Yerlikaya öz sosial media hesabında paylaşım edib. Paylaşımda İspaniyada Narkotik Cinayətlərlə Mübarizə Nazirliyinin iştirakı ilə “ARGAY əməliyyatı”nın keçirildiyini bildirən nazir əməliyyatın video görüntüsünü də paylaşıb.

Əməliyyatla beynəlxalq narkotik kartelinin məhv edildiyini vurğulayan Yerlikaya, “Ölkəmiz tərəfindən qırmızı bülletenlə axtarışda olan Emre Karaca kimi tanınan təşkilatın lideri Kerim Dağlıoğlu yaxalanıb. Bundan başqa, ARGAY əməliyyatında ölkəmiz tərəfindən beynəlxalq səviyyədə axtarışda olan Kerim Dağlıoğlu ilə birlikdə İspaniya, Almaniya, Avstriya, Suriya, Çernoqoriya, Rumıniya, Ukrayna, Argentina və Venesuela vətəndaşı olan ümumulikdə 42 təşkilat üzvü tutularaq həbs olunub.” – deyə əlavə edib.

Qranada, Malaga və Sevillada ev axtarışları zamanı 2 tondan çox narkotik, çoxlu sayda odlu silah, lüks avtomobil və nağd pul ələ keçirildiyini bildirən Yerlikaya bu əməliyyata təxminən 9 ay əvvəldən hazırlaşdıqlarını və iyunun 11-də polis əməkdaşlığı çərçivəsində başlayan İspaniyadakı əməliyyata Fransız, İspan Guardia Civil və Türk Polisindən 400-dən çox polis məmurunun qatıldığını qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
turkic.world

1Mənbələr