AZ

Armen Qriqoryan səfehlədi, Bakıdan CAVAB gecikmədi: Təxribatla məşğuldur...

Ermənistan Təhıükəsizlik Şurasının katibi Armen Qriqoryan bir sıra məsələlərlə bağlı açıqlamalar verib. Onlardan biri xüsusi səfehliyi və həyasızlığı ilə diqqətimizi çəkdi.

ARMEN.jpeg

Sitat: “Rusiya gəlib Qarabağı bizim əlimizdən alıb Azərbaycana qaytardı. Bu, Rusiyadan tamamilə asılı olduğumuz vaxt baş verdi. Bu, reallıqdır. Rusiya aldı, mən bunu təsdiq edirəm. Rusiyanın icazəsi olmasaydı, bu müharibə baş verməzdi. Bunun müqabilində Rusiyanın Azərbaycandan nə aldığını deyə bilmərəm”.

Sülhlə bağlı danışıqların intensiv davam etdiyi bir ərəfədə Ermənistan Təhlükəsizlik Şurasının katibinin bu cür açıqlaması prosesin sabotaj olunmasından başqa bir şey deyil. Görünür, erməni liderlərə belə rahatdır: Azərbaycanı güclü, öz ordularını zəif, millətlərini “dezertir” kimi görmək acı gəlir, ona görə də ordumuzun Vətən müharibəsindəki möhtəşəm qələbəsini gah Türkiyənin, gah Rusiyanın, gah da bütün dünya güclərinin aktivinə yazırlar.

Sahədə vuruşan, üz-üzə gələn iki qonşu xalqa məxsus ordular idi. Onlardan biri - Ermənistan məhz Rusiyanın dəstəyi ilə bizim torpaqları - Qarabağı işğal etmişdi. Azərbaycan ordusu nəhayətində bu gerçəyi dəyişdirdi və erməni ordusunun guya güclü olması ilə bağlı bütün mifləri dağıtdı.

Armen Qriqoryanın bu həyasız iddiasına Bakıdan reaksiyalar gecikmədi.

elxan.jpg

Musavat.com-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu xatırladıb ki, 44 günlük Vətən müharibəsi zamanı Rusiya Ermənistana hərbi yardım edib:

“Qriqoryan təxribatla məşğuldur. Heç kim Qarabağı və Şərqi Zəngəzuru bizə nimçədə verməyib. Torpaqlarımızı qəhrəman ordumuz azad edib, 3 min şəhid vermişik. İkinci mərhələdə mane olmasa da, birinci mərhələdə Rusiya Ermənistanı silahlandırırdı. Hətta 44 günlük savaş dövründə bu davam edib. “İsgəndər-M” raketləri Ermənistana necə verilmişdi? Mərkəzi Asiya, İran üzərindən Ermənistana hərbi yüklər daşınırdı. Bunu Rusiyalı rəsmilər də etiraf edirdilər. Qriqoryan bu haqda niyə danışmır?

Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində torpaqlarımız azad edilib.

İLHAM

Bizə heç kim döyüşlərdə kömək etmədi. Bizi dəstəkləyən dövlətlər var idi, amma onlar bizi kənardan dəstəkləyirdi. Rusiya isə Ermənistana birbaşa silah-sursat ötürürdü. İkinci mərhələdə, keçən ilin sentyabr ayında Rusiya hərbçilərinin çıxarılmasında Rusiya maneçilik törətmədi. Buna mane ola bilməzdi, çünki Azərbaycan ərazi bütövlüyünü bərpa etməli idi. Mane olub nə edəcəkdi? Qarabağda olduğu müddətdə Rusiya hərbçiləri təxribatla məşğul idilər. Qarabağ separatçılarına hərbi yüklərin daşınmasında iştirak edirdilər. Minaların basdırılmasına göz yumurdular. Qriqoryan bunlardan niyə danışmır?”

E.Şahinoğlu qeyd edib ki, Qriqoryanın Rusiyanın adını çəkməsi məsuliyyəti öz üzərindən atmaq məqsədi daşıyır:

“Onların yanlış məntiqinə görə Ermənistan Qarabağı itirməyib, guya Rusiya Azərbaycana təhvil verib. Azərbaycan ordusu heç bir ərazini təhvil almayıb, döyüşərək torpaqlarımızı azad edib. Şuşanı əliyalın azad etmişik. Məgər bunda Rusiyanın hər hansı rolu olub? Biz torpaqlarımızı azad etməli idik, etdik də!”

Nigar HƏSƏNLİ,
Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
50
musavat.com

10Mənbələr