AZ

“Zirə”nin səfər oyunu onlara tapşırıldı

Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək “Şerif” – “Zirə” oyununun hakimləri açıqlanıb.

Futbolpress.az xəbər verir ki, görüşü İsveçrədən olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Alessandro Dudiç olacaq. Ona yan xətt hakimləri Paskal Hirsel və Susan Künq kömək edəcəklər. Dördüncü hakim funksiyasını Anoyen Kanaqasinqam yerinə yetirəcək.

İyulun 11-də keçiriləcək görüşə saat 21:00-da start veriləcək. Cavab görüşü iyulun 18-də Bakıda olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
futbolpress.az

1Mənbələr