AZ

“Ermənistanın guya Azərbaycana hücuma hazırlaşması haqda deyilənlər absurddur...”- General-mayor

“Ermənilərin iki əsrlik sahibi olan Rusiya da onlardan üz döndərib. Fransa isə istəsə belə, Ermənistana gərəyincə nə iqtisadi, nə də hərbi yardım edə bilər...”
 
“Azərbaycan ordusu, bizim hərbçilər artıq neçə illərdir ki, xaricdən aldığımız silahları, texnikaları döyüşlərdə, təlimlərdə dəfələrlə tətbiq edib, sınaqdan keçirib. Yəni onlardan müharibə şəraitində effektiv şəkildə istifadə etməyi öyrənib. Ermənistan ordusu isə Fransadan, Hindistandan aldığı silahları, texnikaları bir neçə aydır öyrənməyə başlayıb. Və bu qısa müddətdə onların effektiv tətbiqinə yiyələnmək mümkün deyil”.  
 
Bunu Moderator.az-a açıqlamasında sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev  Ermənistanın guya payızda Azərbaycana hücuma keçəcəyi haqda qeyri-rəsmi informasiyalara münasibət bildirərkən söyləyib.
 
“Öncə 26 İyun-  Milli Ordu Günü münasibəti ilə bütün hərbçilərimizi, xüsusən şəhid ailələrini, Vətən uğrunda döyüşmüş qaziləri təbrik edir, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa və cansağlığı diləyirəm. Torpaqlarımız məhz şəhid və qazilərimizin canı-qanı sayəsində  işğaldan azad edildi. Azərbaycan xalqı böyük, döyüşkən, bacarıqlı və istedadlı xalqdır – onun sayəsində hər iş görmək, dünyalar fəth etmək olar. Siz jurnalistləri də bu möhtəşəm Gün münasibətilə təbrik edir, bundan sonra da qalib ordumuzun uğurlarını, şəhid və qazilərimizin qəhrəmanlıqlarını qələmə almaqda uğurlar arzu edirəm”,- general-mayor çıxışının əvvəlində belə deyib.
 
“Ermənistanın guya Azərbaycana hücuma hazırlaşmağına gəldikdə, bu mənasız və absurd bir söhbətdir.  Əvvəla, 2020-ci ilin 44 günlük savaşından üzü bəri Azərbaycan ordusunun apardığı möhtəşəm əməliyyatlar sayəsində Ermənistanın beli elə sınıb ki, o bir daha özünü düzəldə bilməz. Onun öz ordusunu, həmçinin iqtisadiyyatını, hərbi və iqtisadi resurslarını bərpa etməsi üçün on illərlə vaxt lazımdır.
 
İkincisi, Ermənistana Hindistandan, Fransadan da hərbi, hətta iqtisadi yardım göstərilsə belə, bu ölkə yenə də Azərbaycanın hərbi və iqtisadi səviyyəsinə heç yarım əsrə də çata bilməz. Çünki  bizim insan resurslarımız da, iqtisadi imkanlarımız da böyükdür.
 
Üçüncüsü də,  Azərbaycan Silahlı Qüvvələrinin bu gün malik olduğu silah-sursat və texnikalar ermənilərin Hindistandan da, Fransadan da aldığı silah-sursat və texnikalardan dəfələrlə üstündür. 
 
Dördüncüsü, sırf hərbi baxımdan yanaşdıqda, bizim ordu, bizim hərbçilər artıq neçə illərdir ki, xaricdən aldığımız silahları, texnikaları döyüşlərdə, təlimlərdə dəfələrlə tətbiq edib, sınaqdan keçirib. Yəni onlardan müharibə şəraitində effektiv şəkildə istifadə etməyi öyrənib. Ermənistan ordusu isə Fransadan, Hindistandan aldığı silahları, texnikaları bir neçə aydır öyrənməyə başlayıb. Və bu qısa müddətdə onların effektiv tətbiqinə yiyələnmək mümkün deyil.   
 
Beşincisi, bizim xalq kimi ordumuz da yüksək, qələbə əhval-ruhiyyəsindədir. Erməni ordusu isə 2020-ci ildən bəri ağır məğlubiyyətlərə düçar olduğu üçün düşkün və miskin bir durumdadır.
 
Və nəhayət, altıncısı, ermənilərin iki əsrlik sahibi olan Rusiya da onlardan üz döndərib. Fransa isə istəsə belə, Ermənistana gərəyincə nə iqtisadi, nə də hərbi yardım edə bilər. Bizim isə NATO üzvü olan Türkiyə kimi qardaşımız, Pakistan kimi dostumuz, İsrail kimi müttəfiqimiz var. Və onlar daim arxamızdadır...
 
Azərbaycan dövləti sülh müqaviləsinin imzalanması üçün Ermənistan qarşısında tamamilə doğru şərtlər qoyub. Məsələn, Azərbaycan torpaqlarına iddia edilən mövcud konstitusiyalarının dəyişdirilməsi... Ermənilər həmin şərtləri yerinə yetirməyə və ”,- deyə davamında general-mayor diqqətə çatdırıb. 
 
Sultan Laçın
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
moderator.az

1Mənbələr