AZ

Premyer Liqa nəhəngindən baş məşqçiyə yeni müqavilə təklifi

“Mançester Yunayted” yaxın vaxtlarda baş məşqçi Erik ten Haqla müqaviləni yeniləməyə ümid edir. Matc.az xəbər verir ki, rəhbərlik bir müddət əvvəl niderlandlı mütəxəssislə danışıqlara başlayıb. Hazırda sözləşmənin yenilənməsi üzərində iş gedir. “Qırmızı şeytanlar” çalışdırıcıya 2027-ci ilin yayına qədər nəzərdə tutulan yeni saziş təklif edib. Premyer Liqa təmsilçisi mövsümöncəsi ABŞ turnesi öncəsi bunu rəsmiləşdirməyi planlaşdırır. Qeyd edək ki, “Mançester Yunayted”in mövsümöncəsi ABŞ turnesi iyulun 27-də “Arsenal”la keçiriləcək oyunla başlayır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
matc.az

1Mənbələr