AZ

Şuşadan sonra Beynəlxalq Gənclər Forumu Bakıda davam edir

Bakıda "By Youth For Youth" (Gənclər tərəfindən gənclər üçün) Beynəlxalq Forumunun ikinci günü keçirilir.

"Kanal14.az" Trend-ə istinadən xəbər verir ki, tədbirin açılış mərasimi ötən gün Şuşada keçirilib. Ardınca yüksək səviyyəli panel müzakirələri olub.

Bu gün isə forum öz işini Bakıda davam etdirir.

Forumda dövlət rəsmiləri, beynəlxalq təşkilatların və müxtəlif ölkələrin yüksək vəzifəli şəxsləri, qonaqlar və İCESCO-ya daxil olan ölkələrdən 200-ə yaxın şəxs iştirak edir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Fondu və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) birgə təşkilatçılığı ilə "By Youth For Youth" (Gənclər tərəfindən gənclər üçün) adlı Beynəlxalq Forum keçirilir.

Forumun məqsədi İslam Dünyası gənclərinin sülh yaratma, davamlı inkişaf, mədəniyyət, ətraf mühitlə bağlı baxış və təcrübələrini müzakirə etmək, bu sahədə onların iştirakına, innovativ həllərin müzakirəsinə və gənc liderlərin şəbəkələşməsinə imkan yaratmaqdır.



 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
8
kanal14.az

10Mənbələr