AZ

Gürcüstan mətbuatında AZƏRTAC-ın xüsusi müxbirinin Silahlı Qüvvələr Gününə həsr olunmuş məqaləsi dərc edilib

Tbilisi, 26 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü ilə əlaqədar Gürcüstan mətbuatında AZƏRTAC-ın xüsusi müxbiri Xətayi Əzizovun “Azərbaycan Respublikasının Silahlı Qüvvələri: Bölgənin ən güclü ordusu”, “Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 106 ili tamam olur” və “26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür” sərlövhəli məqalələri dərc olunub.

AZƏRTAC xəbər verir ki, “24news.ge”, “aktual.ge”, “interpress.ge”, “realnews.ge” informasiya portallarında dərc olunan məqalələrdə Azərbaycan Silahlı Qüvvələrinin tarixi, yaranma səbəbləri, keçdiyi inkişaf yolu barədə ətraflı məlumat verilib.

Məqalələrdə Azərbaycan Ordusunun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlər, 44 günlük Vətən müharibəsindəki tarixi Qələbəsi və regionun ən güclü ordusu olduğu da xüsusi qeyd edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
azertag.az

1Mənbələr