AZ

Şimali Koreya Cənubi Koreyaya zibil daşıyan balonlar göndərib - Seul hava limanının fəaliyyətində problemlər yaranıb

Şimali Koreya Cənubi Koreyanın sərhəd bölgələrinə zibil daşıyan daha 250 balon göndərib.

"AzPolitika" xəbər verir ki, paytaxt Seul yaxınlığındakı İncheon Beynəlxalq Hava Limanına çatan hava şarları səbəbindən 3 uçuş-enmə zolağı bağlanıb və bir çox uçuşlar ləğv edilib.

Gecə ərzində göndərilən təxminən 250 şardan 100-nün Gyeonggi əyalətinin şimal hissəsinə endiyi bildirilib. Cənubi Koreya ərazisinə düşən hava şarlarının zərərsiz tullantılar, xüsusilə də kağız daşıdığı qeyd edilib.

Qeyd edək ki, Şimali Koreya artıq 6-cı dəfədir ki, Cənubi Koreya ərazisinə bu tip hava şarları göndərir.

"AzPolitika.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
azpolitika.info

1Mənbələr