AZ

“By Youth For Youth” Beynəlxalq Forumu işini Bakıda davam etdirir

“By

Bakı, 26 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Fondu və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) birgə təşkilatçılığı ilə keçirilən “By Youth For Youth” (Gənclər tərəfindən gənclər üçün) Beynəlxalq Forumu işini iyunun 26-da Bakıda davam etdirir.

AZƏRTAC xəbər verir ki, forum çərçivəsində panel müzakirələri aparılacaq, təqdimatlar olacaq.

Forumda dövlət rəsmiləri, beynəlxalq təşkilatların və müxtəlif ölkələrin yüksəkvəzifəli şəxsləri, qonaqlar və ICESCO-ya daxil olan ölkələrdən 200-ə yaxın şəxs iştirak edir.

Forumun məqsədi İslam Dünyası gənclərinin sülh yaratma, davamlı inkişaf, mədəniyyət, ətraf mühitlə bağlı baxış və təcrübələrini müzakirə etmək, bu sahədə onların iştirakına, innovativ həllərin müzakirəsinə və gənc liderlərin şəbəkələşməsinə imkan yaratmaqdır.

Qeyd edək ki, forum işinə ötən gün Şuşada başlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
8
azertag.az

10Mənbələr