AZ

ABŞ-dan kritik açıqlama: Putin bu ölkələri müharibəyə çəkir

Rusiya prezidenti Vladimir Putinin Şimali Koreya və Vyetnama səfərləri Qərbdə narahatlıq yaradıb.

Publika.az xəbər verir ki, sabiq ABŞ admiralı, təhlükəsizlik üzrə ekspert Skot Davidson səfərin qlobal mənasını və ABŞ üçün nə demək olduğunu qiymətləndirib. Onun sözlərinə görə, Putin regionda ABŞ-a yaxın olmayan hər bir ölkəni Ukrayna ilə müharibəyə cəlb etməyə çalışır:

“Rusiya və Şimali Koreya administrasiyalarının qarşılıqlı müdafiə təminatı və nüvə tədqiqatı fəaliyyətlərinə dəstək verən saziş imzalaması tarixi bir hadisədir. Bu həm də Rusiya üçün çox riskli qərardır, çünki o, öz resurslarını və diqqətini eyni zamanda Ukraynaya, indi isə Sakit okean regionuna yönəltməlidir”.

Davidsonun sözlərinə görə, müqavilə çərçivəsində hər iki ölkənin sərəncamında olan bütün hərbi vasitələrdən istifadə etməsi gözlənilir: “Bu da, nüvə silahlarının da daxil olduğu kütləvi səfərbərlikdən xəbər verir. Bu, hərbi aləmdə verilə biləcək ən sərt qərardır. Bir ölkəyə hərbi strateji cavablar verməklə onu müharibəyə çəkmək cəhdi arasında ciddi fərq var. Rusiya müqavilə bağladığı ölkələri müharibəyə çəkir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
publika.az

1Mənbələr