AZ

"Cavabımızı meydanda verəcəyik" - Vinçentso Montella

style='margin-bottom:10px;'>

Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella Avro-2024-ün qrup mərhələsinin 3-cü turunda Çexiyaya qarşı keçirəcəkləri matç haqqında fikirlərini bölüşüb.

QOL.az xəbər verir ki, o, komandasının sərfəli nəticə qazanacağına inandığıbı deyib: "Üçlü müdafiə ilə oynayan bir çox komandalara qarşı mübarizə aparmışıq. Hər birinin fərqli xüsusiyyətləri var. Bizim də özümüzə xas olan taktikalarımız var. İnanıram ki, üstün tərəf biz olacağıq. Düzü, biz bu cür matçlara alışmışıq".

Mütəxəssis millinin bəzi azarkeşlər tərəfindən tənqid olunmasına da münasibət bildirib: "Hər zaman tənqidlər səsləndirilir. Amma məsələ tənqidin ədaləti və ya ədalətsiz olmağıdır. Ədalətli tənqidlər qəbul edirəm. Belə tənqidlər məni düşündürür. Bir də ədalətsiz tənqidlər var. Bu, bizi əyləndirir və motivasiya edir. Niyə belə tənqidlər səsləndirilir, bunun müxtəlif səbəbləri ola bilər. Biz tək bədən olmuşuq. Diqqətimizin dağılmağına icazə verməyəcəyik. Taleyimiz öz əlimizdədir. Başqa iki komandanın nəticələrinə bel bağlamamışıq. Vacib olan bizim öz oyunumuzdur. Cavabımızı meydanda verəcəyik. Onsuz da 10 aydır ki, bunu edirik. Qırdığımız rekordları bir daha xatırlatmaq istəmirəm. İndi komandamızı dəstəkləmək zamanıdır".

Montella qrupdan çıxmaq hədəfinin üzərində təzyiq yaradıb-yaratmadığı haqda da danışıb: "30 ildir ki, təzyiq işimin bir parçasıdır. Buna öyrəşməyiniz laÖzımdır. Bu, müsbət bir təzyiqdir. Biz buraya lider kimi gəlmişik. Məqsədimiz yenə qrupdan çıxmaqdır. İlk oyunumuzda qalib gəldik. Türkiyə daha əvvəl bunu bacarmamışdı. Əminik ki, bu gün azarkeşlərimiz start fitindən final fitinə qədər bizi dəstəkləyəcək.Tənqid edənlərə xatırlatmaq istəyirəm ki, bu, bizim ölkəmizdir. Bizim başqa milli komandamız yoxdur. Futbolçularımız son dövrdə üzümüzü güldürürlər. Onları dəstəkləməyimiz lazımdır. Sona qədər mübarizə aparacağıq. Üstünlük bizdədir. Azarkeşlərin bizi dəstəklədiyinin fərqindəyik. Bu, bizi gücləndirir".

Ötən turda Portuqaliya ilə matçda Türkiyə millisinin üzvü Arda Güler start heyətdə yer almayıb. O, meydana 2-ci hissədə  çıxıb. Buna görə azarkeşlər Arda Güleri və Vinçenzo Montellonu tənqid ediblər. Mütəxəssis açıqlamasında 19 yaşlı yarımmüdafiəçinin meydanda uzun müddət qalmağa hazır olmadığını deyib: "Bu məsələyə aydınlıq gətirmək istəyirəm. Arda uzun müddət meydanda qalacaq vəziyyətdə deyil. Gürcüstanla matçda start heyətdə idi. Buna yalnız mən qərar verməmişəm. Həkimimiz, tibbi heyətimiz və futbolçunun özü də qərar verdi. Risk almadan oynaya biləcəyi bir müddət var idi, o qədər oynadı. Ertəsi gün isə Ardaya aid məşhur bir video ortaya çıxdı. Müəyyən bir müddətdən sonra tibbi heyətlə və Arda ilə bir araya gəldik. Onun fiziki hazırlıq səviyyəsinin hazırkı gərginliyə uyğun olmadığı qəaətinə gəldik. Arda müəyyən məşq səviyyəsini aşa bilməyəcəyini öyrənəndə lazımsız risk etməmək üçün öz proqramına uyğun məşqlər etdi. İki gündür ki, məşq edir".

Qeyd edək ki, Çexiya - Türkiyə oyunu bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
1
teleqraf.com

2Mənbələr