AZ

İcma: Volker Türkün 2023-cü ilin sentyabrında baş vermiş hadisələrə dair qərəzli fikirləri təəssüf doğurur

Qərbi Azərbaycan İcması BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türkün 2023-cü ilin sentyabr ayında baş vermiş hadisələrə dair qərəzli fikirlər səsləndirməsi ilə bağlı təəssüfünü ifadə edir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Qərbi Azərbaycan İcmasından məlumat verilib.

Bildirilib ki, Qərbi Azərbaycan İcması Volker Türkü insan hüquqları məsələsinə ikili standartlar prizmasından yanaşmamağa, Qərbi azərbaycanlıların Ermənistana, öz dədə-baba yurdlarına qayıdışı məsələsinə diqqət verməyə və bunu BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Ermənistanla dialoqunun tərkib hissəsinə çevirməyə çağırır.

Seçilən
79
16
operativmm.az

10Mənbələr