AZ

Hindistandan dəhliz açıqlaması: “Yeni alternativ...”

Köhnə nəqliyyat dəhlizlərinin imkanları tükənib, Orta və Şimal-Cənub kimi yeni xətlər açılır.

Teleqraf.com xəbər verir ki, bunu Hindistan xarici işlər naziri Subrahmanyam Cayşankar deyib.

“Son onilliklərdə çoxsaylı dəyişikliklər baş verib, nəticədə yeni nəqliyyat və logistika dəhlizlərinin açılması imkanları yaranıb. Bir çox dövlət üçün mühüm rol oynayan Çabahar limanının yerləşdiyi Şimal-Cənub nəqliyyat marşrutu haqqında çox danışılır. Alternativ marşrut kimi Mərkəzi Asiya dəhlizi (Orta dəhliz) də nəzərdən keçirilir. Digər alternativlər də olacaq, çünki öncəki bütün dəhlizlər onilliklər əvvəl yaradılıb və onların resursları və imkanları tükənib”, - nazir bildirib.

Qeyd edək ki, həm Orta, həm də Şimal-Cənub dəhlizləri Azərbaycan üzərindən keçir.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
teleqraf.com

1Mənbələr