AZ

NATO Rutteni alyansın baş katibi vəzifəsinə təsdiq etdi


NATO Niderlandın istefaya göndərilən baş naziri Mark Rutteni alyansın növbəti baş katibi vəzifəsinə təsdiq edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Bundan əvvəl Niderlandın baş naziri vəzifəsindən istefa verən Mark Rutte üç aylıq məzuniyyətə getməyi və daha sonra NATO-nun baş katibi kimi işə başlamağı planlaşdırdığını bildirib.
Qeyd edək ki, 2014-cü ildən NATO-nun baş katibi postunu tutan Yens Stoltenberq 2022-ci il oktyabrın 1-də vəzifəsini tərk etməli idi, lakin 2022-ci ilin martında alyans ölkələrinin liderləri sammit zamanı onun mandatının sentyabrın 30-dək uzadılması barədə qərar qəbul ediblər. 2023-cü ildə isə bu mandat daha bir il uzadıldı.
Beləliklə, onun səlahiyyətləri 2024-cü il oktyabrın 1-də başa çatacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
yeniavaz.com

1Mənbələr