AZ

Rusiya hələ də bizə silah vermir - Qriqoryan

"Rusiya ilə hərbi-texniki əməkdaşlıq 96%-dən 10 faiəz qədər düşüb. Bu, Rusiyanın seçimi idi. Rusiya silah-sursat verməmək qərarına gəlib və hələ də bizi tam təmin etməyib".

Musavat.com xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

"Onlar hər dəfə şikayət edirlər ki, Ermənistan başqa ölkələrdən silah alır, amma hələ də 2021 və 2022-ci illərdə bağlanmış müqavilələr əsasında verməli olduqları silahları çatdırmayıblar. Bizə silah çatdırılmaması Ukrayna  müharibəsi ilə əsaslandırıldı, lakin hələ 2021-ci ildə imzalanmış müqavilələr var. Ad çəkmək istəmirəm, amma demək istəyirəm ki, vaxtilə Rusiyada Ermənistandan olan yüksək vəzifəli məmura demişdilər ki, Rusiya sizə silah-sursat versə, danışıqlarda daha güclü mövqe tutacaqsınız, çatdırılmamanın səbəbi də budur. Ermənistanla Rusiya arasında təhlükəsizlik sahəsində münasibətlərin necə inkişaf edəcəyinə gəlincə isə bu, Rusiyanın bütün mövcud problemlərə necə reaksiya verməsindən asılıdır",- deyə Qriqoryan əlavə edib.

 

Afaq,
Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
1
musavat.com

2Mənbələr