AZ

İngilis azarkeşlər Sautgeyti görüb üsyan etdilər

İngiltərə millisi Avro-2024-ün qrup mərhələsinin üçüncü turunun matçında Sloveniya ilə heç-heçə etməklə (0:0) C qrupunu lider kimi başa vurub.

Publika.az xəbər verir ki, oyun başa çatdıqdan dərhal sonra "üç aslanlar"ın baş məşqçisi Qaret Sautqeyt və komandası azarkeşlərə dəstəyə görə təşəkkür etmək üçün tribunalara doğru gediblər. Bu zaman Sautqeyt heç də xoş olmayan sürprizlə qarşılaşıb.

Fanatlar onu fitə basıblar və şüarlarla etiraz ediblər. Həmçinin tribunadan ona tərəf bir neçə plastik fincan da atılıb.

Heybət

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
publika.az

1Mənbələr