AZ

Premyer Liqa mənsubu daha 2 nəfərlə yollarını ayırdı – Say 5-ə çatdı

Növbəti mövsümün planlarını quran “Sabah” transfer çalışmalarında fəallığı ilə seçilir.

Mövsüm başa çatan kimi “təmizləmə” işinə start verən “tələbələr” klubla müqaviləsinin müddəti başa çatan Davit Volkov, Kristian Sebalyos və Kristian da Silva ilə əməkdaşlığa son qoyulduğunu rəsmən bəyan etmişdi.

Daha iki nəfərlə yollar ayrılıb. Bunlar sözləşməsinin müddəti tamamlanan Maruan Hadudi ilə Emanuel Apehdir.

Anlaşmanın müddətinin yenilənməyəcəyi barədə hər ikisinə xəbər verilib. Elə bu üzdən yay toplanışına qatılmayıblar.

“Sabah” bu futbolçuların ayrılıq xəbərini yaxın saatlarda açıqlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
sportinfo.az

1Mənbələr