AZ

Annalena Berbok regional müharibә tәhlükәsi barәdә xәbәrdarlıq etdi

Almaniyanın xarici işlər naziri Annalena Berbok İsrail və Livandakı tərəflərin atəşkəs səylərini rədd edәcәyi tәqdirdә regional müharibə təhlükəsi barədə xəbərdarlıq edib.

Livan Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, Annalena Berbok paytaxt Beyruta səfəri çərçivəsində livanlı həmkarı Abdullah Buhabib ilə görüşüb.

Livan və regiondakı vəziyyəti qiymәtlәndirәn nazirlәr münaqişələrin genişlənməsinin və yayılmasının qarşısının alınması üçün bütün lazımi səylərin göstərilməsinin vacibliyini vurğulayıblar.

Ölkәsinin Livanın cənubunda baş verən hadisələrә görә narahatlığını dilə gətirən Annalena Berbok xüsusilə İsrail və Livandakı tərəflərin atəşkəsdən imtina etməsi tәqdirdә problemin yarana biləcəyi barədə xəbərdarlıq edib.

Annalena Berbok deyib: "Atəşkəs razılaşmasının əldə edilməməsi hər kəs üçün təhlükə yaradacaq. Bu addım yalnız Livan vә İsrailә deyil, regiona mәnfi tәsir göstәrәcәk’’.

Livanın xarici işlər naziri Abdullah Buhabib isә öz növbәsindә ölkəsinin hәr zaman hәllin sülh yolu ilә әldә edilmәsinin tәrәfdarı olduğunu deyib.

Abdullah Buhabib ölkəsinə beynəlxalq dəstəyin verilmәsi və Livan Silahlı Qüvvələrini gücləndirilmәsi ilә әlaqәdar çağırış edib.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
1
trt.net.tr

2Mənbələr