AZ

ÜST: Hər il 3 milyondan çox insan alkoqol və narkotikdən ölür

Birləşmiş Millətlər Təşkilatı çərçivəsində fəaliyyətini davam etdirən Ümumdünya Səhiyyə Təşkilatı spirtli içkilərin və narkotik vasitələrdən istifadənin vurduğu zərəri açıqlayıb.

Turkustan.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi məlumata görə, hər il 3 milyondan çox insan alkoqol və narkotik istifadəsi səbəbindən ölür və onların əksəriyyəti kişilərdir.

ÜST alkoqol və narkotik istifadəsi nəticəsində yaranan sağlamlıq problemləri və ölümlərlə bağlı hesabat dərc edib.

2019-cu ilin məlumatlarını ehtiva edən hesabatda qeyd olunub ki, hər il 2,6 milyon insan alkoqol qəbulu səbəbindən ölür ki, bu da bütün ölümlərin 4,7 faizini təşkil edir.

Hesabatda hər il 0,6 milyon ölümün psixoaktiv narkotik istifadəsi səbəbindən baş verdiyi ifadə edilərək, xüsusilə kişilərdə 2 milyon insanın alkoqoldan, 0,4 milyonunun isə narkotikdən öldüyü vurğulanıb.

Hesabatda dünyada təxminən 400 milyon insanın alkoqol və narkotik istifadəsi nəticəsində yaranan pozğunluqlarla yaşadığı və onlardan 209 milyonunun alkoqol aludəçisi olduğu bildirilib.

Hesabatda, "2010-cu ilə kimi alkoqoldan ölüm hallarında müəyyən azalma olsa da, alkoqoldan ölənlərin ümumi sayı qəbuledilməz dərəcədə yüksək olaraq qalır", - deyə hesabatda qeyd edilir. 2019-cu ilin ən yüksək rəqəmləri ilə Avropa və Afrikada da olduğu ifadə edilib.

Hesabatda alkoqol istehlakına bağlı ölümlərin aşağı gəlirli ölkələrdə yüksək gəlirli ölkələrə nisbətən daha çox olduğuna diqqət çəkilərək, 2019-cu ildə alkoqoldan qaynaqlanan ölümlərin ən yüksək nisbətinin (yüzdə 13) 20-39 yaş arası gənclərdə müşahidə edildiyi ifadə edilib

O, həmçinin alkoqol və narkotik istehlakının azaldılması və maddə istifadəsi pozğunluqlarının keyfiyyətli müalicəsinə çıxışın yaxşılaşdırılması yolu ilə 2030-cu ilədək “Dayanıqlı İnkişaf Məqsədi 3.5”ə nail olmaq üçün qlobal miqyasda səyləri sürətləndirməyə təcili ehtiyac olduğunu vurğulayıb.

ÜST-nin hesabatında izah edilib ki, bu məqsədə nail olmaq üçün əlaqələndirilmiş qlobal kampaniya vasitəsilə məlumatlılığın artırılması, səhiyyə və sosial qayğı sistemlərinin profilaktika və müalicə potensialının gücləndirilməsi, tibb işçilərinin təlimlərinin yayılması kimi addımlar atılmalıdır.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
40
turkustan.az

10Mənbələr