AZ

Masatsuqu Asakava: "ADB-nin Azərbaycanla təşəbbüslərin və layihələrin icrası ölkədə sürətli inkişafa töhfə verəcək"

Asiya İnkişaf Bankının (ADB) Azərbaycan ilə birgə təşəbbüslərin və layihələrin icrası ölkədə sürətli inkişafa töhfə verəcək.

Ednews xəbər verir ki, bu barədə Bakıda səfərdə olan ADB-nin prezidenti Masatsuqu Asakava iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə keçirilən görüşdə deyib.

O, ADB-nin COP29-la bağlı Azərbaycana dəstək göstərməyə hazır olduğu ifadə edib.

M.Cabbarov Azərbaycanın beynəlxalq maliyyə-iqtisadi qurumlarla, o cümlədən Asiya İnkişaf Bankı ilə əməkdaşlığa önəm verdiyini vurğulayıb. ADB ilə tərəfdaşlığın 25 ilinin tamam olduğu və bu faydalı əməkdaşlığın daha da dərinləşməsinin əhəmiyyəti, bankın enerji, infrastruktur, idarəetmə, eləcə də özəl sektorun inkişafı sahəsində ölkəyə dəstək göstərdiyi, birgə layihələrin reallaşdırıldığı qeyd edilib.

Tərəflər müxtəlif sahələr üzrə, o cümlədən ADB-nin CAREC Proqramı çərçivəsində əməkdaşlıq imkanları, gələcək planlar və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

22:04

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
1
ednews.net

2Mənbələr